Futbol üzrə İngiltərə Premyer Liqasında 30-cu turun oyunları keçirilir.
SİA Matc.az-a istinadən xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
“Lester Siti” doğma meydanda “Brentford”la qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanıblar.
Bu tur London derbisiylə əlamətdar olub. “Tottenhem” - “Vest Hem” qarşılaşması həm də, turnir cədvəlində avrokubok zonasından uzaqlaşmamaq baxımından əhəmiyyətli idi. Dörd qolun qeydə alındığı bu matçda “Tottenhem” inamlı qələbəyə sevinib.
Bu turun qalan 6 oyunu İngiltərə kubokunun oyunlarına görə təxirə salınıb.
İngiltərə Premyer Liqası
30-cu tur
18 mart
Vulverhempton – Lids 2:3
Qol: Conni, 26. Trinkao, 45+11 – Harrison, 63. Rodriqo, 66. Aylinq, 90+1.
19 mart
Aston Villa – Arsenal 0:1
Qol: Saka, 30.
20 mart
Lester Siti – Brentford 2:1
Qol: Kastan, 20. Meddison, 33 – Vissa, 85.
Tottenhem – Vest Hem 3:1
Qol: Zuma, 9-öz qapısına. Son, 24; 88 – Benrahma, 35.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB