"Qalatasaray" - "Barselona" matçında 2-ci qol - Yenilənir

"Qalatasaray" - "Barselona" matçında 2-ci qol - Yenilənir

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, cavab mərhələsinin bütün oyunları eyni gündə keçiriləcək. "Qalatasaray" "Barselona"nı qəbul edəcək. Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmayıb.

"Sevilya" isə "Vest Hem"in qonağı olacaq.

Qeyd edək ki, ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.

Avropa Liqası, 1/8 final mərhələsi

cavab oyunları

17 mart

21:45. "Qalatasaray" (Türkiyə) - "Barselona" (İspaniya) - 1:1 (Birinci hissə)

Qollar: Markao, 28 (1:0), Pedri, 37 (1:1)

İlk oyun - 0:0.

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Atalanta" (İtaliya) - 0:0 (Birinci hissə)

İlk oyun - 2:3.

21:45. "Monako" (Fransa) - "Braqa" (Portuqaliya) - 0:1 (Birinci hissə)

Qol: Ruiz, 19

İlk oyun - 0:2.

21:45. "Srvena Zvezda" (Serbiya) - "Reyncers" (Şotlandiya) - 1:0 (Birinci hissə)

Qol: İvaniç, 10

İlk oyun - 0:3.

00:00. "Vest Hem" (İngiltərə) - "Sevilya" (İspaniya)

İlk oyun - 0:1.

00:00. "Ayntraxt" (Almaniya) - "Betis" (İspaniya)

İlk oyun - 2:1.

00:00. Lion (Fransa) - "Portu" (Portuqaliya)

İlk oyun - 1:0.

Bütün xəbərlər Facebook səhifəmizdə