“Lester Siti”dən inamlı qələbə

“Lester Siti”dən inamlı qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 22-ci turdan təxirə salınmış bir oyun keçirilib.

SİA xəbər verir ki, günün yeganə matçı “Bernli” ilə “Lester Siti” arasında baş tutub.

Qonaqlar bu görüşdə iki cavabsız qolla qələbə qazanıblar. Bu qələbə sayəsində “Lester Siti” 30 xalla 12-ci pilləyə yüksəlib. “Bernli” isə 21 xalla 18-cidir.

İngiltərə Premyer Liqası

22-ci turun oyunu

1 mart

Bernli – Lester Siti 0:2

Qol: Meddison, 82. Vardi, 90.

Bütün xəbərlər Facebook səhifəmizdə