“Marsel”in baş məşqçisi: “Fransadakı matç da çətin olmuşdu”

“Marsel”in baş məşqçisi: “Fransadakı matç da çətin olmuşdu”

“Bizim üçün çətin oyun oldu".

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Marsel”in baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunundan sonra deyib.

Marseldə 3:1 hesablı qələbə qazanan fransızlar Bakıda da eyni uğura imza ataraq (3:0) 1/8 finala adlayıb.

Oyunsonrası mətbuat konfransında argentinalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Fransadakı matç da çətin olmuşdu. Amma mənə elə gəlir ki, bu dəfə qələbəni daha rahat qazandıq".

Bütün xəbərlər Facebook səhifəmizdə