Beynəlxalq yarışlarda və olimpiya oyunlarında müvəffəqiyyət qazanmağımız əsasdır - İnam Kərimov
“Adından da göründüyü kimi bu ağır atletikadır. Bu sahədə bir sıra məsələlər var ki, bunlar üçün bir çox tədbirlər görüləcək”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycan Ağır Atletika Federasiyasının yeni prezidenti İnam Kərimov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, burada infrastrukturun, idman zallarının qurulması, idman zallarının əl çatanlılığının təmin olması, eyni zamanda beynəlxalq yarışlarda və qarşıda gələn olimpiya oyunlarında müvəffəqiyyət qazanmağımız əsasdır. Eyni zamanda biz dopinqlərə qarşı mübarizə aparacayıq.
Biz bunun uğrunda mübarizə aparacayıq. İclasda gəldiyimiz yekun konsesus ondan ibarətdir ki, bizim əsas məqsədimiz problemləri dinləmək və bu çətinlikləri qısa müddətli və orta müddətli hədəflərimizi müəyyən etməkdir. Amma ən əsas məsələ bu idman sahəsində xalqımızın bu idmana qarşı rəğbətini artırmaqdır. Yeniyetmə nəslin bunu qəbul edib gələcəkdə işləməsi üçün böyük nailiyyətlər əldə etməsi üçün şərait yaradacağıq.
Federasiya olaraq üzərimizə düşən ən böyük məsələ Azərbaycanın ən ucqar yerindən tutmuş hər bir yerlərdə insanlarımızı ağır atletikaya cəlb etməkdir”.
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB