Bu oyunçu da komandadan ayrıla bilər

Fransa Liqasının komandalarından olan "Lill"-dən Yusuf Yazıcı və Mustafa Kapıdan sonra Burak Yılmaz da ayrıla bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, İtaliya A Seriyasının komandalarından olan "Salernitana" 36 yaşlı futbolçunu transfer etmək üçün çalışır.

Qeyd edək ki, Burak Yılmazın Fransa komandası ilə müqaviləsi mövsümün sonunda bitir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə