"Qalatasaray" "Kasımpaşa"nın qonağı olacaq

Superliqada pis gedişinə son qoymaq istəyən "Qalatasaray", 22-ci həftə mübarizəsində "Kasımpaşa"nın qonağı olacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Nef" stadionunda saat 20:00-da başlayacaq qarşılaşmada oyuna hakimliyi Tuqay Kaan Numanoğlu edəcək. Sarı-qırmızılı komandada fərqli səbəblərdən Fernando Muslera, Mbaye Diaqne, Işık Kaan Arslan, Rayan Babel, Taylan Antalyalı, Berkan Kutlu, Sofiane Feqhouli və Mustafa Muhammed meydana çıxa bilməyəcək.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə