O, daha "Real"da oynamaq istəmir

"Real"ın hücumçusu Eden Hazard karyerasını Madrid klubunda davam etdirmək istəmir .

SİA-nın əldə etdiyi məlumata görə, belçikalı oyunçu qış transfer pəncərəsində başqa kluba gedəcəyini gözləyir. "Real" da Hazardı saxlamaq fikrində deyil. Daha əvvəl Madrid klubunun onu "Çelsi"nin müdafiəçisi Ris Ceymsə dəyişdirə biləcəyi bildirilirdi.

Xatırladaq ki, Hazard 2019-cu ildə Madrid təmsilçisinə keçib. Belçikalı futbolçu bu mövsüm La Liqada 13 oyuna çıxıb və 1 qolun ötürməsini verib. Onun klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...