Məşhur futbolçu geri qayıdır

Mövsümün əvvəlində "Qalatasaray" tərəfindən Belçikanın "Leuven" klubuna icarəyə verilən Jesse Sekidika geri qayıdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nigeriyalı futbolçu Belçikada cəmi 2 matçda 27 dəqiqə meydanda olub. Təcrübə qazanmaq üçün icarəyə götürülən futbolçunun "Qalatasaray"da şansları daha çox olub. Sekidika İstanbul komandalarından "Eyüpspor"a icarəyə veriləcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə