“Napoli” “Milan”a səfərdə qalib gəldi

“Napoli” “Milan”a səfərdə qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında 18-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

“Fiorentina” – “Sassuolo”, “Spetsiya” – “Empoli” və “Sampdoriya” – “Venetsiya” matçlarında qalib müəyyənləşməyib.

“Torino” “Verona”nı məğlub yola salıb.

Turun mərkəzi görüşündə “Milan” “Napoli” ilə üz-üzə gəlib. Bu görüşdə isə qonaqlar minimal hesabla üstün olublar.

İtaliya A Seriyası

18-ci tur

17 dekabr

Latsio – Cenoa 3:1

Qol: Pedro, 36. Açerbi, 75. Zakkayni, 81 – Meleqoni, 86.

Salernitana – İnter 0:5

Qol: Perişiç, 11. Dumfris, 33. A.Sançes, 52. L.Martines, 77. Qalyardini, 87.

18 dekabr

Atalanta – Roma 1:4

Qol: Kristante, 45+1-öz qapısına – Abraham, 1; 82. Zaniolo, 27. Smollinq, 72.

Bolonya – Yuventus 0:2

Qol: Morata, 6. Kuadrado, 69.

Kalyari – Udineze 0:4

Qol: Makenqo, 4. Deulofeu, 45; 69. Molina, 50.

19 dekabr

Fiorentina – Sassuolo 2:2

Qol: Vlahoviç, 51. Torreyra, 61 – Skamakka, 32. Frattezi, 37.

Spetsiya – Empoli 1:1

Qol: Markizza, 50-öz qapısına – Nikolayu, 71-öz qapısına.

Sampdoriya – Venetsiya 1:1

Qol: Qabbyadini, 1 – Henri, 87.

Torino – Verona 1:0

Qol: Pobeqa, 26.

Milan – Napoli 0:1

Qol: Elmas, 5.

Bütün xəbərlər Facebook səhifəmizdə