“Borussiya” darmadağınla qalib gəldi

“Borussiya” darmadağınla qalib gəldi

Futbol üzrə Almaniya Bundesliqasında 16-cı tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Auqsburq” - “Leyptsiq” və “Bayer” - “Hoffenhaym” matçlarında qalib müəyyənləşməyib. “Union Berlin” - “Frayburq” görüşündə ümumiyyətlə qapılara qol vurulmayıb.

Mönhenqladbax “Borussiya”sı bu dəfə “Ayntraxt”la qarşılaşıb və doğma meydanda məğlubiyyətə üzülüb. Dortmund “Borussiya”sı isə autsayder “Qroyter”lə oyunda darmadağına sevinib.

Almaniya Bundesliqası

16-cı tur

14 dekabr

Ştutqart – Bayern 0:5

Qol: Qnabri, 40; 53; 74. Levandovski, 69; 72.

Arminiya – Bohum 2:0

Qol: Okuqava, 51. Vimmer, 69.

Volfsburq – Köln 2:3

Qol: Nmeça, 8. Veqorst, 51 – Modeste, 34; 89. Ut, 73.

Maynts – Herta 4:0

Qol: Li, 19. Hak, 41. Vidmer, 49. Boetius, 79.

15 dekabr

Borussiya (Mönhenqladbax) – Ayntraxt 2:3

Qol: Noyhaus, 6. Bensebaini, 54-pen – Borre, 45. Lindstrom, 50. Kamada, 55.

Auqsburq – Leyptsiq 1:1

Qol: Kaliciuri, 86-pen – A.Silva, 19.

Bayer – Hoffenhaym 2:2

Qol: Şik, 37; 63 – Stiller, 80. Dabbur, 83.

Borussiya (Dortmund) – Qroyter 3:0

Qol: Haland, 33-pen; 82. Malen, 89.

Union Berlin – Frayburq 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə