“Yuventus”dan inamlı qələbə

Futbol üzrə İtaliya A Seriyasında 15-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub

“Atalanta” doğma meydanda “Venetsiya” ilə üz-üzə gəlib və növbəti qələbəsini qazanıb. “Fiorentina” “Sampdoriya”nı məğlub yola salıb. Uğursuz mövsüm keçirən “Yuventus” isə səfərdə “Salernitana” ilə qarşılaşıb. Turin təmsilçisi də inamlı qələbəyə sevinib. “Verona” – “Kalyari” matçında isə qapılara qol vurulmayıb.

İtaliya A Seriyası

15-ci tur

30 noyabr

Atalanta – Venetsiya 4:0

Qol: Paşaliç, 7; 12; 67. Kopmeyners, 57.

Fiorentina – Sampdoriya 3:1

Qol: Kallexon, 23. Vlahoviç, 32. Sottil, 45 – Qabbyadini, 15.

Salernitana – Yuventus 0:2

Qol: Dibala, 21. Morata, 70.

Verona – Kalyari 0:0

1 dekabr

21:30. Bolonya – Roma

21:30. İnter – Spetsiya

23:45. Cenoa – Milan

23:45. Sassuolo – Napoli

2 dekabr

21:30. Torino – Empoli

23:45. Latsio – Udineze

Bütün xəbərlər Facebook səhifəmizdə