Halanda illik 18 milyon avro maaş təklifi

Halanda illik 18 milyon avro maaş təklifi

Almaniyanın “Borussiya” klubu futbolçusu Erlinq Halandı daha bir mövsüm komandada saxlamaq istəyir. MBuna görə, Dortmund təmsilçisi norveçli hücumçunun maaşını artıraraq, onu komandada saxlamaq niyyətindədir. Qeyd edək ki, məlumatı Almaniya mətbuatı yayıb.

“Borussiya” Halanda illik 18 milyon avro maaş alacağı yeni sözləşmə təklif edib. Tərəflər arasında razılıq əldə olunsa, 21 yaşlı hücumçu komandanın ən çox qazanan oyunçusu olacaq.

Halandın “Borussiya” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, bu mövsüm Dortmund klubunda 10 oyunda 13 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə