Azərbaycan güləşçisi dünya çempionu olub

Azərbaycan güləşçisi dünya çempionu olub

Azərbaycan güləşçisi Əliabbas Rzazadə dünya çempionu tituluna yiyələnib.

SİA-nın məlumatına görə, sərbəst güləş üzrə millimizin üzvü Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək idmançıların yarışında qızıl medala yiyələnib.

57 kq çəkidə xalçaya çıxan Rzazadə finalda Bekbolot Mirzənəzər Uulunu (Qırğızıstan) 7:6 hesabı ilə məğlub edib.

Digər güləşçimiz Zirəddin Bayramov (65 kq) isə bürünc medal görüşündə Stilyan İliyevə (Bolqarıstan) 10:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə