“Barselona”dan inamlı qələbə

Futbol üzrə İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir.

SİA Matc.az-a istinadən xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

“Rayo Valyekano” doğma meydanda “Elçe” üzərində qələbəyə sevinib.

“Selta” evdə “Sevilya”ya, “Vilyarreal” isə “Osasuna”ya məğlub olub.

Turun mərkəzi görüşü Kataloniyada keçirilib. “Barselona” “Kamp Nou” stadionunda “Valensiya” ilə üz-üzə gəlib və əzmkar qələbəyə sevinib.

Bu həftə keçirilməli olan “Real” – “Atletik” və “Qranada” – “Atletiko” (Madrid) matçları təxirə salınıb.

İspaniya La Liqası

9-cu tur

16 oktyabr

Levante – Xetafe 0:0

Real Sosyedad – Malyorka 1:0

Qol: Lobete, 90.

17 oktyabr

Rayo Valyekano – Elçe 2:1

Qol: M.Hernandes, 26. Nteka, 65 – Boye, 14.

Selta – Sevilya 0:1

Qol: Mir, 54.

Vilyarreal – Osasuna 1:2

Qol: Moreno, 55 – Torro, 26. Avila, 87.

Barselona – Valensiya 3:1

Qol: Fati, 13. Depay, 41-pen. Koutinyo, 85 – Qaya, 5.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...