“Barselona”dan Pedri ilə yeni müqavilə

İspaniyanın “Barselona” klubu futbolçusu Pedri ilə müqavilənin müddətini uzadıb. SİA Matc.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

19 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2026-cı ilədək nəzərdə tutulub.

Pedri 2020-ci ilin iyulundan "Barselona"nın formasını geyinir.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə