"Beşiktaş"dan "Fənərbaxça"ya

Türk basketbolunun önəmli istedadlarından olan Şehmus Hazer "Beşiktaş"dan" Fənərbaxça"nın komandasına keçib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Fənərbaxça" prezidenti Ali Koç və "Beşiktaş" prezidenti Əhməd Nur Cebi transferi tamamlamağı qəbul ediblər. Şehmus artıq "Fənərbaxça" formasını geyinəcək.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü gənc basketbolçu daha əvvəl Bandırmada oynayıb.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə