"Keşlə"nin futbolçusu rusu söyüb

Dünən Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında "Keşlə" "Soçi"yə məğlub olub. SİA-nın verdiyi məlumata görə, oyun bitəndən sonra futbolçular arasında qalmaqal yaşanıb. "Keşlə"nin üzvü Ruslan Əmircanov "Soçi"nin kapitanı İbrahim Tsallaqovu təhqir edib. Azərbaycanlı futbolçu elə öz dillərində rusiyalının anasını söyüb. Tsallaqovun cavab verməsinə "Soçi"nin məqşçiləri icazə verməyib. Ruslan Əmirvanovu isə "Keşlə"nin ikinci qapıçısı Kamal Bayramov sakitləşdirib.

Qeyd edək ki, paytaxt təmsilçisi rusiyalarılara iki oyunun nəticəsinə görə 2:7 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə