Rüstəm Orucov 1/4 finalda - Rəqibi olimpiya çempionudur

Rüstəm Orucov 1/4 finalda - Rəqibi olimpiya çempionudur

Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

SİA-nın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Tokio-2020-dəki bayraqdarlarından biri olan idmançımız ilk olaraq 1/16 final mərhələsində rusiyalı Mua Moquşkovla qarşlaşıb. Vazari ilə qalib gələn Rüstəm Orucov 1/8 finala yüksəlib.

O, bu mərhələdə Somon Makhmadbekovla (Tacikistan) görüşüb. Orucov bu qarşılaşmada da vazari ilə qələbə qazanaraq 1/4 finala adlayıb. Bu mərhələdə cüdoçumuz Yaponiya idmançısı, Rio-2016 Olimpiya Oyunlarının qalibi və 6 dəfə dünya çempionu olan Ono Şohei ilə üz-üzə gələcək.

Qeyd edək ki, Rio-2016-nın finalında Orucov məhz Ono Şoheiyə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə