Tokio-2020 Olimpiadası qadın iştirakçıların sayına görə rekord vurub

Tokio-2020" Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların 48,8 faizini qadınlar təşkil edir.
SİA xəbər verir ki, bu, yay Olimpiya Oyunları tarixində rekord göstəricidir.
Əvvəllər rekord 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunan Olimpiadaya məxsus idi. Belə ki, dördilliyin zirvə yarışında idmançıların 45 faizini qadınlar təşkil etmişdi. "London-2012"də isə bu göstərici 44,2 faizə bərabər idi.
Qeyd edək ki, Tokio-2020" Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də keçiriləcək. Yarışda ölkəmizi 44 idmançı təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə