AVRO-2020-nin növbəti finalçısı - Bu gün müəyyənləşəcək

AVRO-2020-nin növbəti finalçısı - Bu gün müəyyənləşəcək

Bu gün futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulacaq. SİA-nın məlumatına görə, bununla da turnirin ikinci finalçısının adına aydınlıq gələcək.

Həlledici görüşə son vəsiqə uğrunda İngiltərə və Danimarka yığmaları üz-üzə gələcək. Londondakı "Uembli" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Denni Makkeli idarə edəcək.

AVRO-2020-də qol buraxmayan britaniyalılar doğma meydan amilindən də istifadə edib finala çıxmaq niyyətindədir. Danimarkalılar isə turnirin əsas favoritlərindən birini mübarizədən kənarlaşdırmaqla sensasiya etmək arzusundadır.

Avropa çempionatı

Yarımfinal

23:00. İngiltərə - Danimarka

Baş hakim: Denni Makkeli (Niderland)

London, "Uembli" stadionu

Qeyd edək ki, bu oyunun qalibi finalda İtaliya millisinin rəqibi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə