Tokio Olimpiadasında yeni proqram - ELAN EDİLİB

Tokio Olimpiadasında yeni proqram - ELAN EDİLİB

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yarışlara qatılacaq idmançıların bütün dünya üzrə azarkeşlər tərəfindən dəstəklənməsinə imkan yaradan layihəni elan edib. SİA oyunların təşkilat komitəsinə istinadla xəbər verir ki, bu məqsədlə azarkeşlərin sosial şəbəkələrdə paylaşdığı video və digər məlumatlar redaktə edilərək yarışların keçiriləcəyi bütün obyektlərdə nümayiş olunacaq.

Həmçinin Olimpiya yayım xidmətinin milli və regional yayım şirkətlərindən topladığı videoçarxlar da burada təqdim ediləcək.

Kütləvi-informasiya vasitələrinin idmançılardan müsahibə götürməsi üçün ayrılan zonalarda isə onların ailə üzvləri və dostları ilə onlayn ünsiyyətinə şərait yaradılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə