Niderlanddan maksimal göstərici, Ukrayna qrup ikinciliyini əldən verdi

Avro-2020-nin qrup mərhələsi davam edir.

SİA xəbər verir ki, 11-ci oyun günündə nəzərdə tutulan 4 qarşılaşmadan 2-si başa çatıb.

C qrupunda 1/8 finala vəsiqəni təmin edən Niderland Şimali Makedoniya ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gələrək qrupu 1-ci pillədə tamamlayıb. Niderland "pley-off"da D, E və ya F qrupunda 3-cü yeri tutan kollektivlə qarşılaşacaq. Bu qrupun digər görüşündə isə Avstriya Ukraynanı 1:0 hesabı ilə məğlub edərək qrup 2-cisi kimi 1/8 finala yüksəlib. Komanda bu mərhələdə A qrupunun 1-cisi İtaliya ilə üz-üzə gələcək.

AVRO-2020,

3-cü tur

21 iyun

C qrupu
20:00. Ukrayna - Avstriya - 0:1
Qol: Baumqartner, 21
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Buxarest. “Nasional” stadionu

20:00. Şimali Makedoniya - Niderland - 0:3
Qollar: Memfis Depay, 24, Veynaldum, 51, 58
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Amsterdam. “Yohan Kroyf Arena”

1

Niderland

3

3

0

0

8

2

9

2

Avstriya

3

2

0

1

4

3

6

3

Ukrayna

3

1

0

2

4

5

3

4

Şimali Makedoniya

3

0

0

3

2

8

0

Bütün xəbərlər Facebook səhifəmizdə