"Tezliklə meydanda görüşməyi səbirsizliklə gözləyirəm, Kris" - Ronaldodan Eriksenə
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Danimarka yığmasının yarımmüdafiəçisi Christian Eriksenə dəstək olub.
SİA xəbər verir ki, o, bununla bağlı özünün "İnstaqram" səhifəsində yazıb:
“Düşüncələrimiz və dualarımız Kristian Eriksen və ailəsi ilədir. Futbol dünyası xoş xəbər ümidi ilə birləşir.
Tezliklə meydanda görüşməyi səbirsizliklə gözləyirəm Kris! Güclü olun!".
Qeyd edək ki, K.Eriksen Avro-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə matçda huşunu itirib. Onun hazırda durumunun sabitləşdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB