"Borussiya"dan səfər qələbəsi, "Leypsiq" xal itirib

"Borussiya"dan səfər qələbəsi, "Leypsiq" xal itirib

Futbol üzrə Almaniya Bundesliqasında 33-cü tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə “Maynts”la qarşılaşan Dortmund “Borussiya”sı inamlı qələbəyə sevinib.

“Leypsiq” isə “Volfsburq”la ev oyunundan xal itkisi ilə ayrılıb.

Almaniya Bundesliqası

33-cü tur

15 may

Arminiya – Hoffenhaym 1:1

Qol: Voqlzammer, 23 – Kramariç, 5.

Auqsburq – Verder 2:0

Qol: Xedira, 57. Kaliqiuri, 90-pen.

Borussiya (Mönhenqladbax) – Ştutqart 1:2

Qol: Ştindl, 45 – Endo, 72. Kaladziç, 77.

Frayburq – Bavariya 2:2

Qol: Gulde, 29. Gunter, 81 – Levandovski, 26-pen. Sane, 53.

Herta – Köln 0:0

Şalke – Ayntraxt 4:3

Qol: Huntelaar, 15. İdrisi, 52. Flik, 60. Hoppe, 64 – A.Silva, 29; 72. Ndikka, 51.

Bayer – Union Berlin 1:1

Qol: Virts, 27 – Pohjanpalo, 72.

16 may

Maynts – Borussiya (Dortmund) 1:3

Qol: Kayson, 90+1-pen – Gerreyro, 23. Roys, 42. Brandt, 80.

Leypsiq – Volfsburq 2:2

Qol: Kluyvert, 51. Sabitzer, 78-pen – M.Filipp, 12; 45+1.

Bütün xəbərlər Facebook səhifəmizdə