"Gənc və azyaşlı futbolçulara diqqət yetirilməlidir" -BAŞ MƏŞQÇİ

Azərbaycan futbolunda bir istedadlı gəncin futbolçu olmaq yolunda keçdiyi yola nəzər salaq. SİA olaraq Keşlə B komandasının baş məşqçisi olan Rüstəm Əliyevdən bu barədə fikirlərini aldıq.

Onun sözlərinə görə, bir ölkədə həqiqi futbol yaratmaq üçün bu proses uzun və həssasdır. Gənc və azyaşlı futbolçulara diqqət yetirilməlidir. O, futbol məktəblərinin əhəmiyyətini də vurğuladı. Baş məşqçi öz izahında bu prosesi 10 mərhələyə bölüb.

1. Futbolçuların seçimi (Seleksiyası)

2. Məşqlərin tərtibi, onların elmə əsaslanması və növbələnməsi.

3. Məşqlərin keyfiyyətli keçirilməsi, (intensivliyin qorunması). Bu zaman fiziki, texniki, hazırlıqları təkmilləşməsi və taktiki hazırlığın yerinə yetirilməsinə səbəb olur.

4. Futbolçuların məşqlərə motivasiyası, keçirilən məşqlərin keyfiyyətini yüksəldir, yanaşma tərzlərini peşəkarlaşdırır.

5. Psixoloji hazırlığın təkmilləşdirilməsi, futbolçunun oyun və məşqləri təhlil edilərək, üstün və çatışmayan cəhətlərinin bildirilməsi, özünə inam verilməsi, həvəsləndirilməsi.

6. Dincəlmə-bərpa prosesinə diqqət, yuxu rejiminə riayət etməyən futbolçunun növbəti məşqlərdən keyfiyyət götürülməsi mümkün deyil.

7. Qida rasionuna əməl etmək, itirilən enerjinin bərpası, qidalanmada və vitaminzasiyadan birbaşa asılıdır.

8. Fərdi məşqlərin edilməsi, fərdi keyfiyyətlərin yüksəlməsinə səbəb olur.

9. Çempionatin səviyyəsi.

10. Beynəlxalq turnirlərdə iştirak.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə