Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

SİA xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Ali Tandoğan çalışdıracaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər mövsümün sonuna kimi anlaşıblar.

Ali Tandoğan, son olaraq TFF 1-ci liqa təmsilçisi “Tuzlaspor”u çalışdırıb. O, “Dənizlispor”da öz istəyi ilə postundan ayrılmış Hakan Kutlunu əvəz edib.

“Dənizlispor” bu mövsüm Super Liqada keçirdiyi 33 oyunda cəmi 26 xal toplaya bilib və sonuncu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə