“Arsenal” doğma meydanda xal itkisi ilə üzləşib, “qırmızı şeytanlar” 3 xala seviniblər
Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci turun oyunları keçirilir.
SİA xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
“Arsenal” doğma meydanda “Fulhem”i, “Mançester Yunayted” isə “Bernli”ni qəbul edib. London təmsilçisi doğma meydanda xal itkisi ilə üzləşibsə, “qırmızı şeytanlar” inamlı qələbəyə seviniblər.
Bu tur keçirilməli olan “Sauthempton” – “Kristal Pelas”, “Aston Villa” – “Mançester Siti”, “Lester” – “Vest Bromviç” matçları təxirə salınıb.
İngiltərə Premyer Liqası
32-ci tur
17 aprel
Nyukasl – Vest Hem 3:2
Qol: Diop, 36-öz qapısına. Joelinton, 41. Uillok, 82 – Diop, 73. Linqard, 80.
Vulverhempton – Şeffild Yunayted 1:0
Qol: V.Xose, 60.
18 aprel
Arsenal – Fulhem 1:1
Qol: Nketia, 90+7 – Maya, 59.
Mançester Yunayted – Bernli 3:1
Qol: Qrinvud, 48; 84. Kavani, 90+3 – Tarkovski, 50.
16 aprel
Everton – Tottenhem 2:2
Qol: Siqurdsson, 31; 62 – Keyn, 27; 69.
19 aprel
23:00 Lids – Liverpul
20 aprel
23:00 Çelsi – Brayton
Bütün xəbərlər Facebook səhifəmizdə