“Kalyari” – “Parma” matçında 7 qol vurulub, "Fiorentina" məğlub olub

Futbol üzrə İtaliya A Seriyasında 31-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Autsayder “Krotone” “Udineze”ni qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbəyə sevinən tərəf olub. “Sampdoriya” “Verona”nı məğlub yola salıbsa, avrokuboklar uğrunda mübarizə aparan “Sassuolo” da “Fiorentina” üzərində inamlı qələbəyə sevinib. Yeddi qolun qeydə alındığı “Kalyari” – “Parma” matçında da meydan sahibləri 3 xala seviniblər.

İtaliya A Seriyası

31-ci tur

17 aprel

Krotone – Udineze 1:2

Qol: Simi, 68-pen – De Paul, 41; 74.

Sampdoriya – Verona 3:1

Qol: Yankto, 46. Qabbyadini, 73. Torsbi, 82 – Lazoviç, 13.

Sassuolo – Fiorentina 3:1

Qol: Berardi, 59; 62. M.Lopes, 75 – Bonaventura, 31.

Kalyari – Parma 4:3

Qol: Pavoletti, 39. Marin, 66. Pereyro, 90+1. Çerrri, 90+4 – Petsella, 5. Kuçka, 31. Man, 59.

18 aprel

14:30. Milan – Cenoa

17:00. Atalanta – Yuventus

17:00. Bolonya – Spetsiya

17:00. Latsio – Benevento

20:00. Torino – Roma

22:45. Napoli – İnter

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...