"Mançester Yunayted”in futbolçusu yayda klubu tərk edəcək

"Mançester Yunayted"in futbolçusu Erik Bayi yayda klubu tərk edəcək. SİA "sports.ru" saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi baş məşqçi Ole Qunnar Sulşerin ona az oyun şansı verməsindən narazıdır. Futbolçu bu mövsüm komandanın 50 matçından yalnız 15-də iştirak edə bilib. Onun "qırmızı şeytanlar"la müqaviləsi isə növbəti yaya qədərdir. Klub da Bayini satmağa müsbət yanaşır. Onunla İtaliya və İspaniya klublarının yaxından maraqlandığı bildirilib. Qeyd edək ki, Bayi bu mövsüm Premier Liqada cəmi 8 oyun keçirib və heç nə ilə yadda qalmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə