UEFA-dan yeni qaydalar

UEFA 5 əvəzetmə qaydasının EURO 2020, Millətlər Liqası finalları və Millətlər Liqasına şamil olacağını açıqlayıb. Yeni qərarlara görə, EURO 2020 və 2021 Millətlər Liqası turnirlərində 5 əvəzetmə qaydası davam edəcək.

UEFA-nın verdiyi açıqlamasında idarə heyəti iclasında alınan qərarla UEFA təşkilatlarında tamaşaçı limiti tətbiqinə xitam verilib. Buna görə, matçlar üçün tamaşaçı qəbul etmə qabiliyyətinin yüz faif olması ilə bağlı qərar yerli hakimiyyət orqanları tərəfindən veriləcəkdir.

Digər tərəfdən, UEFA klub təşkilatlarının 2024-cü ildən sonrakı formatı ilə bağlı qərar 19 apreldə idarə heyətinin iclasında veriləcək.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə