İspaniya kubokunun final matçında “Barselona” ilə “Atletiko” üz-üzə gələcək

Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

SİA xəbər verir ki, ikinci finalçının adına “Levante” – “Atletik” görüşündə aydınlıq gəlib. Üç qolun qeydə alındığı bu görüşdə “Atletik” sevinən tərəf olub.

İlk oyun günündə isə “Sevilya” səfərdə “Barselona” ilə qarşılaşıb. İlk oyunda iki cavabsız qolla uduzmuş Kataloniya təmsilçisi cavab görüşündə bu topların əvəzini çıxmağı bacarıb. Qalib isə əlavə vaxtda müəyyənləşib. Əlavə vaxtda daha bir qol vuran “Barselona” ilk finalçı olub.

Beləliklə, İspaniya kubokunun final matçında “Barselona” ilə “Atletiko” üz-üzə gələcək.

İspaniya kuboku

Yarımfinalın cavab oyunları

4 mart

Levante – Atletik 1:2 (1:1)

Qol: Rocer, 17 – R.Qarsiya, 30-pen. Berenger, 112.

3 mart

Barselona – Sevilya 3:0 (ilk oyun 0:2)

Qol: Dembele, 12. Pike, 90+4. Breytveyt, 95.

Bütün xəbərlər Facebook səhifəmizdə