"Mançester Siti"dən asan, "Real Madrid"dən çətin qələbə

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutub.

İspaniya "Real Madrid"i İtaliyada "Atalanta" ilə üz-üzə gəlib. Görüş "kral klubu"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Remo Froyler 17-ci dəqiqədə qırmızı vərəqə alaraq qovulub. Matçdakı yeganə qola 86-cı dəqiqədə Ferlan Mendi imza atıb.

Digər matçda isə Almaniyanın "Borussiya" (Mönhenqladbax) və İngiltərənin "Mançester Siti" klubları qarşılaşıblar. Pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən oyunda "şəhərlilər" 2:0 hesablı qələbə qazanıb. Qolları 29-cu dəqiqədə Bernardu Silva və 65-ci dəqiqədə Qabriel Jezus vurub.

Bu komandalar arasında cavab matçları martın 17-də olacaq.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

24:00. "Atalanta" (İtaliya) - "Real Madrid" (İspaniya) - 0:1

Qol: Ferlan Mendi, 86

Qırmızı vərəqə: Remo Froyler ("Atalanta"), 17

24:00. "Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə) - 0:2

Qollar: Bernardu Silva, 29, Qabriel Jezus, 65

Qeyd edək ki, ötən gecə baş tutan oyunlarda İngiltərənin "Çelsi" komandası səfərdə İspaniya "Atletiko"sunu 1:0, Almaniya "Bavariya"sı isə İtaliyada "Latsio"nu 4:1 hesabı ilə məğlub edib. 1/8 finalın əvvəlki görüşlərində Fransa PSJ-si İspaniyanın "Barselona" komandasına 4:1, İngiltərə "Liverpul"u Almaniyanın "Leyptsiq" kollektivinə 2:0, Portuqaliya "Portu"su İtaliya "Yuventus"una 2:1, Almaniyanın "Borussiya" (Dortmund) klubu isə İspaniya "Sevilya"sına 3:2 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə