Şotlandiyanın "Seltik" komandasının baş məşqçisi Nil Lennon istefaya göndərilib. SİA Qlazqo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin qovulması komandanın qənaətbəxş olmayan nəticələri ilə əlaqədardır.

Onun köməkçisi Con Kennedi baş məşqçi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, "Seltik" Şotlandiya çempionatında 30 turdan sonra 64 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Reyncers"dən 18 xal geridədir.

Bütün xəbərlər Facebook səhifəmizdə