"Bavariya" Qətərdə keçirilən futbol üzrə klublararası dünya çempionatının qalibi olub

"Bavariya" Qətərdə keçirilən futbol üzrə klublararası dünya çempionatının qalibi olub
Qətərdə keçirilən futbol üzrə klublararası dünya çempionatına yekun vurulub. SİA xəbər verir ki, sonuncu oyun günündə öncə 3-cü yer uğrunda qarşılaşma baş tutub. Bürünc medallar uğrunda görüşdə Misirin "Əl-Əhli" və Braziliyanın "Palmeyras" klubları qarşılaşıb. Matçın əsas vaxtı qolsuz başa çatdığından qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. 11 metrlik zərbələri daha dəqiq (3:2) yerinə yetirən Afrika təmsilçisi 3-cü yerin sahibi olub. Turnirin final matçında isə Almaniya nəhəngi "Bavariya" ilə Meksikanın "Tiqres" klubları üz-üzə gəlib. Münhen təmsilçisi həlledici oyunda minimal hesablı qələbəyə sevinib. UEFA Çempionlar Liqasının qalibi kimi mundiala vəsiqə əldə etmiş "Bavariya"ya dünya çempionluğunu 61-ci dəqiqədə Benjamin Pavarın vurduğu qol qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə