Erməni qroysmestri Levon Aronyan onlayn şəkildə həyata keçirilən sürətli şahmat turniri - Opera Euro Rapid Chess Tour-dan uduzaraq çıxıb. SİA xəbər verir ki, 4/1 finalın ikinci günündə Aronyan yenidən Fransa şahmatçısı Maksim Vaşe-Laqravla görüşüb. Oynanılan 4 partiyada 2:2 heç-heçəsi qeydə alınıb və Aronyan həmin ərəfədə 1,5-2,5 hesablamalarına görə, növbəti mübarizədən kənarda qalıb.
Yarımfinala isə Azərbaycan şahmatçısı Teymur Rəcəbov, eləcə də digər şahmatçılar – Maqnus Karlsen, Maksim Vişe-Laqrav, Uesli So növbəti tura vəsiqə qazanıblar.
Qeyd edək ki, mükafat fondu 100 min ABŞ dolları təşkil edir və onun 30 mini qalibə təqdim ediləcək.
Xatırladaq ki, bundan əvvəl keçirilən beynəlxalq şahmat turnirində Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək qalibiyyətə yüksəlmişdi.
Qeyd edək ki, Aronyan daha Ermənistan bayrağı altında çıxış etməmək qərarını verib və yaxınlarda ABŞ-a köçərək bu ölkənin bayrağı altında turnirlərə qatılacağını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB