Rusiyada "İrtış" futbol komandasının keçmiş oyunçusu, 21 yaşlı Yeqor Drobışın qətlində şübhəli bilinən şəxslər saxlanılıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə nümayəndəliyi xəbər yayıb.
Qeyd olunub ki, 33 yaşlı şəxs öz evində, ikinci şübhəli isə tanışının mənzilində saxlanılıb.
Xatırladaq ki, Y. Drobış dostu Vitali Romançukla mağazadan qayıdan zaman onlara soyğunçuluq məqsədilə hücum edilib. Romançuk boynundan, Drobış isə sinəsindən bıçaq zərbəsi alıb. Futbolçu aldığı zərbələrdən həyatını itirib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB