“Mançester Siti”dən qələbə, MY Londonda “Arsenal”la heç-heçə edib

“Mançester Siti”dən qələbə, MY Londonda “Arsenal”la heç-heçə edib

Futbol üzrə İngiltərə Premyer Liqasında 21-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma keçirilib.

Turun açılış matçında “Everton” doğma meydanda “Nyukasl”ı qəbul edib. Qonaqlar bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

Lider “Mançester Siti” bu tur çərçivəsində autsayder “Şeffild Yunayted”i qəbul edib və minimal hesabla qalib gəlib.

Turun mərkəzi görüşü Londonda keçirilib. Turnir cədvəlinin ikincisi “Mançester Yunayted” London səfərində Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb.

İngiltərə Premyer Liqası

21-ci tur

30 yanvar

Everton – Nyukasl 0:2

Qol: Uilson, 73; 90+3.

Mançester Siti – Şeffild Yunayted 1:0

Qol: Q.Jezus, 9.

Kristal Pelas – Vulverhempton 1:0

Qol: Eze, 60.

Vest Bromviç – Fulhem 2:2

Qol: Bartli, 47. M.Pereyra, 66 – Rid, 10. Kavalyero, 77.

Arsenal – Mançester Yunayted 0:0

Sauthempton – Aston Villa 0:1

Qol: Barkli, 41.

31 yanvar

16:00 Çelsi – Bernli

18:00 Lester – Lids

20:30 Vest Hem – Liverpul

23:15 Brayton – Tottenhem

Bütün xəbərlər Facebook səhifəmizdə