Levante”, “Vilyarreal” və "Betis" İspaniya kubokunda növbəti 1/4 finalçı olublar

Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinə start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

Öncə “Valyadolid” “Levante” ilə münasibətlərinə aydınlıq gətirib. Altı qolun qeydə alındığı matçda qonaqlar qələbəyə sevinən tərəf olublar.

“Vilyarreal” səfərdə “Jirona”nı minimal hesabla üstələməklə növbəti 1/4 finalçı olub.

Günün digər matçı “Betis”lə “Real Sosyedad” arasında baş tutub. Qələbəni əlavə vaxtda təmin edən “Betis” növbəti mərhələyə yüksəlib.

İspaniya kuboku

1/8 final

26 yanvar

Valyadolid – Levante – 2:4

Qol: Toni, 13. Vaysmann, 65 – Bardi, 23. Malsa, 45. Koke, 59.

Jirona - Vilyarreal 0:1

Qol: Pino, 19.

Betis – Real Sosyedad 3:1

Qol: Kanales, 79. B.İqlesias, 96; 111 – Oyarzabal, 13.

27 yanvar

22:00. Sevilya – Valensiya

00:00. Almeriya – Osasuna

00:00. Rayo Valyekano – Barselona

28 yanvar

22:00. Navalkarnero – Qranada

00:00. Alkoyano - Atletik

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...