“Keşlə”nin yeni baş məşqçisi Sənan Qurbanov komandaya özü ilə bir köməkçi məşqçi gətirib.

SİA-nın məlumatına görə, bu barədə 40 yaşlı mütəxəssis özü açıqlama verib.

O bildirib ki, “Qəbələ”də bir yerə çalışdığı Azər Bağırovla “Keşlə”də də birgə fəaliyyət göstərəcək. Həmçinin digər köməkçilər Zaur İsmayılov və Kamal Quliyev də vəzifəsində qalacaq.

Qeyd edək ki, Yunis Hüseynovu əvəzləyən Sənan Qurbanov “Keşlə” ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə