Futbol üzrə Polşa yığmasının yeni baş məşqçisi müəyyənləşib

Futbol üzrə Polşa yığmasının yeni baş məşqçisi müəyyənləşib.

SİA xəbər verir ki, sözügedən komandanı bundan sonra Paulo Souza çalışdıracaq.

Bu barədə Polşa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Portuqal mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Paulo Souza Polşa yığmasında yanvarın 18-də istefaya göndərilmiş Yeji Bjençeki əvəz edib. 50 yaşlı mütəxəssis daha öncə “Bordo”, “Fiorentina”, “Bazel”, “Makkabi” (Təl-Əviv), “Lester Siti”, “Suonsi Siti”, “Kuinz Park Reyncers” kimi klublarda da baş məşqçi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə