Fernando Torres baş məşqçi təyin olunub

“Atletiko”nun və İspaniya millisinin sabiq futbolçusu Fernando Torresin yeni iş yeri müəyyənləşib.

SİA İspaniya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı sabiq futbolçu məşqçilik karyerasına başlayıb. O, “Atletiko”nun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi təyin olunub.

Torres futbolçu karyerasında “Atletiko”, “Liverpul”, “Çelsi”, “Milan” kimi klubların formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...