“Atletiko” klubu Dieqo Kostaya şərt qoyub

“Atletiko” klubu Dieqo Kostaya şərt qoyub

İspaniyanın “Atletiko” klubundan dünən ayrılan hücumçu Dieqo Kostanın gələcəyi qeyri-müəyyən olaraq qalır.

SİA-nın məlumatına görə, İspaniya millisinin üzvünün müqaviləsinə xitam verilərkən qarşılıqlı razılaşma olub.

Anlaşmaya əsasən, Kosta bu mövsüm hər hansı bir La Liqa klubuna, həmçinin Çempionlar Liqasında “Atletiko”ya mümkün rəqib olacaq komandalardan birinə keçərsə, madridlilərə 15 milyon avro təzminat ödəyəcək. İspaniya klubu əvvəlcə bu məbləğin 25 milyon olmasını istəsə də, sonda endirimə razı olub.

Qeyd edək ki, Dieqo Kosta ilə hazırda İngiltərə, Türkiyə və Braziliya klubları maraqlanırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə