Teymur Rəcəbov Yan Nepomnyaşi ilə cavab oyunu keçirəcək

Teymur Rəcəbov Yan Nepomnyaşi ilə cavab oyunu keçirəcək

Dekabrın 30-da rapid üzrə “Champions Chess Tour” çərçivəsində təşkil edilən onlayn “Airthings Masters” turnirində dörddəbir finalın cavab oyunları keçiriləcək.

SİA-nın məlumatına görə, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu mərhələdə rusiyalı Yan Nepomnyaşi ilə dörd partiyadan ibarət növbəti oyunda mübarizə aparacaq.

Qeyd edək ki, dörddəbir final çərçivəsində şahmatçımızın rəqibi ilə ilk oyunu heç-heçə ilə başa çatıb.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə