"Alanyaspor" uduzub, autsayderlər qələbə qazanıb

"Alanyaspor" uduzub, autsayderlər qələbə qazanıb

Futbol üzrə Türkiyə Super Liqasında 15-ci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

“Qaziantep” lider “Alanyaspor”u məğlub yola salıb. Son çempion “Başakşəhər”in “Kasımpaşa” ilə ev oyununda isə qalib müəyyənləşməyib.

“Dənizlispor” evdə “Ankaragücü”nə, “Yeni Malatyaspor” “Ərzurumspor”a məğlub olub.

Türkiyə Super Liqası

15-ci tur

27 dekabr

Qaziantep – Alanyaspor 3:1

Qol: Diçko, 9. M.Demir, 30. Maksim, 61 – Davidson, 26.

Dənizlispor – Ankaragücü 1:2

Qol: R.Niyaz, 80 – A.Cankaya, 21. Lukaşik, 45.

Yeni Malatyaspor – Ərzurumspor 1:3

Qol: Akkua, 62 – Qomes, 44. Donald, 67. Obertan, 71.

Başakşəhər – Kasımpaşa 2:2

Qol: Çadli, 27. Vişça, 90+2 – Y.Erdoğan, 36. Hodziç, 85.

26 dekabr

Göztəpə – Fatih Karagümrük 1:1

Qol: Ndiaye, 11 – Bilya, 77.

Trabzonspor – Qalatasaray 0:2

Qol: A.Turan, 44. O.Çağlayan, 55.

Bu nəticələrdən sonra "Qalatasaray" 29 xalla liderliyini qoruyub. "Alanyasppor" və "Qaziantep" 27 xalla 2-ci, 3-cü yerləri bölüşür. "Fənərbaxça" 26 xalla 4-cü, "Beşiktaş" 25 xalla 5-cidir.

Turun qalan görüşləri sabah keçiriləcək.

28 dekabr

17:00 Konyaspor – Rizəspor

17:00 Gənclərbirliyi – Kayserispor

20:00 Antalyaspor – Hatayspor

20:00 Beşiktaş – Sivasspor

Bütün xəbərlər Facebook səhifəmizdə