Dor Perets: "Məsələni "Qarabağ"la matçda həll etmək istəyirdik"

İsrailin "Makkabi" (Tel-Əviv) komandasının futbolçusu Dor Perets UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyunu dəyərləndirib.

SİA-nın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Tel-Əviv təmsilçisinin rəsmi saytına açıqlamasında meydana qələbə üçün çıxdıqlarını bildirib.

O, matça yaxşı başladıqlarını söyləyib: "Oyun planında hər şey istədiyimiz kimi getdi. Bir neçə imkanımız oldu. Bu isə o deməkdir ki, baş məşqçinin bizdən istədiyi futbolu nümayiş etdiririk. Qol epizodlarından istədiyimiz kimi yararlana bilmədik. Son dəqiqəqlərdə bütün komanda ilə hücuma atılmışdıq. Hətta uduza bilərdik. Mərhələnin taleyini bu matçda həll etmək istəyirdik. Amma alınmadı. Artıq bütün diqqətimizi "Sivasspor"la qrupdakı həlledici oyuna yönəltməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə