"Milan" və "Yuventus"dan qələbə, "Napoli" məğlub oldu

"Milan" və "Yuventus"dan qələbə, "Napoli" məğlub oldu

Futbol üzrə İtaliya A Seriyasında 6-cı turun oyunları keçirilir.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.

Lider “Milan” bu turda “Udineze” səfərinə yollanıb və çətin qələbəyə sevinib. Son çempion “Yuventus” “Spetsiya” ilə səfər oyununda darmadağına sevinibsə, “Napoli” “Sassuolo” ilə qarşılaşmadan məğlub ayrılıb.

“Sampdoriya” – “Cenoa” matçında qalib müəyyənləşməyib. “Roma” doğma meydanda “Fiorentina” üzərində inamlı qələbəyə sevinibsə, paytaxtın digər təmsilçisi “Latsio” səfərdə “Torino”dan güclü olub.

İtaliya A Seriyası

6-cı tur

1 noyabr

Udineze – Milan 1:2

Qol: De Paul, 48-pen – Kessye, 18. İbrahimoviç, 83.

Spetsiya – Yuventus 1:4

Qol: Pobeqa, 32 – Morata, 14. Ronaldo, 59; 76-pen. Rabyo, 67.

Torino – Latsio 3:4

Qol: Bremer, 19. Belotti, 24. Lukiç, 87 – A.Pereyra, 15. Milinkoviç-Saviç, 49. İmmobile, 90+5-pen. Kaysedo, 90+8.

Roma – Fiorentina 2:0

Qol: Spinatsola, 12. Pedro, 70.

Napoli – Sassuolo 0:2

Qol: Lokatelli, 59-pen. M.Lopes, 90+5.

Sampdoriya – Cenoa 1:1

Qol: Yankto, 23 – Skamakka, 28.

31 oktyabr

Krotone – Atalanta 1:2

Qol: Simi, 40 – Muriel, 26; 38.

İnter – Parma 2:2

Qol: Brozoviç, 64. Perişiç, 90+2 – Jervinyo, 46; 62.

Bolonya – Kalyari 3:2

Qol: Barrou, 45; 56. Soriano, 52 – J.Pedro, 15. Simeone, 47.

2 noyabr

23:45 Verona – Benevento

Bütün xəbərlər Facebook səhifəmizdə