“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib

Oktyabrın 2-də futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. SİA xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan “Qarabağ”ın rəqibləri müəyyənləşib.

Püşkatmaya ilk dəfə ikinci səbətdən qoşulan Ağdam klubu İspaniyanın “Vilyarreal”, İsrailin “Makkabi” (Təl-Əviv) və Türkiyənin “Sivasspor” komandaları ilə birlikdə “I” qrupunda yer alıb.

Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə