“Selta” ilə qarşılaşan “Barselona” azlıqada qalsa da turu qələbə ilə başa vurub
Futbol üzrə İspaniya La Liqasında 4-cü tura yekun vurulub.
SİA xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.
“Atletik” doğma meydanda “Kadis”ə minimal hesabla uduzub. “Sevilya” isə “Levante” ilə ev oyunundan oxşar hesabla qalib ayrılıb.
Səfərdə “Selta” ilə qarşılaşan “Barselona” da turu qələbə ilə başa vurub.
Bu tur keçirilməli olan “Osasuna” – “Qranada” matçı təxirə salınıb.
İspaniya La Liqası
4-cü tur
1 oktyabr
Atletik – Kadis 0:1
Qol: U.Lopes, 57-öz qapısına.
Sevilya – Levante 1:0
Qol: En Nesiri, 90+2.
Selta – Barselona 0:3
Qol: Fati, 11. Olaza, 51-öz qapısına. S.Roberto, 90+5.
29 sentyabr
Real Sosyedad – Valensiya 0:1
Qol: M.Qomes, 75.
Xetafe – Betis 3:0
Qol: Anxel, 13; 42. Kuku, 39.
30 sentyabr
Hueska – Atletiko 0:0
Vilyarreal – Alaves 3:1
Qol: Alkaser, 13; 67. Moreno, 45-pen – Mendes, 36.
Eybar – Elçe 0:1
Qol: Boye, 37.
Real – Valyadolid 1:0
Qol: Vinisius, 65.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB