"Sumqayıt"ın Avropa Lİqasında debütü uğursuz alınıb

"Sumqayıt"ın Avropa Lİqasında debütü uğursuz alınıb

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.

SİA xəbər verir ki, ilk dəfə turnirdə ölkəmizi təmsil edən "Sumqayıt" da bu gün meydana çıxıb.

Ayxan Abbasovun komandası debüt matçında Şimali Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mərhələ bir oyundan ibarət olduğundan "Şkendiya" 2-ci raunda yüksəlib.

Debütü uğursuz olan "Sumqayıt" isə mübarizəni dayandırıb.



27 avqust

Avropa Liqası

1-ci təsnifat mərhələsi


20:00. “Sumqayıt” (Azərbaycan) – “Şkendiya” (Şimali Makedoniya) - 0:2
Qol: Besart İbrahimi, 56-pen (0:1), L.Doriev, 89- pen. (0:2)
Hakimlər: Arman İsmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan)
Sumqayıt. “Kapital Bank Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə